
"Omoniya"nı yaxşı təhlil etmişik" - Qarayev
- 19:40
- 43
"Araz-Naxçıvan"ın futbolçusu Qara Qarayev UEFA Konfrans Liqasının 3-cü təsnifat mərhələsində "Omoniya"ya (Kipr) qarşı keçirəcəkləri ilk oyundan öncə fikirlərini bölüşüb.
Rekord.az xəbər verir ki, təcrübəli futbolçu matçdan öncəki mətbuat konfransında sabakı qarşılaşmaya ciddi hazırlaşdıqlarını söyləyib:
"Komandada yüksək əhval-ruhiyyə var. Sabahkı oyuna tam heyətlə hazırıq. Güclü rəqibə qarşı çıxış edəcəyik. Düşünürəm ki, son matçlarda özlərini çox yaxşı göstərirlər. Rəqib barədə təhlillər aparmışıq.. Azarkeşlərin dəstəyinə ehtiyacımız olacaq. Ümid edirik ki, sabahkı matçda bütün tribunalar dolacaq. Bizim üçün hansı komanda ilə qarşılaşacağımız əhəmiyyət kəsb etmir. Bütün rəqiblərə hörmətlə yanaşırıq".
Yarımmüdafiəçi "Qarabağ"da çıxış etdiyi və avrokuboklarda qrup mərhələlərinə vəsiqə qazandıqları illərdən danışıb:
"Qarabağ" komandası da qrup mərhələlərinə çətinliklə gəlib. Yaxşı xatırlayıram ki, hər oyuna xüsusi ciddiyətlə hazırlaşırdıq. Fikrimcə, "Araz-Naxçıvan" da artıq öz gücünü artırır. Ümid edirik ki, UEFA Konfrans Liqasının Liqa mərhələsinə vəsiqə qazanacağıq".
“Araz-Naxçıvan” - “Omoniya” matçı avqustun 7-də "Dalğa Arena"da, saat 20:00-da start götürəcək. Cavab görüşü bir həftə sonra Nikosiyada təşkil olunacaq.