
“Omoniya” ilə oyun bizim üçün ağır alındı” - Baxşıyev
- 07 Avq 2025 22:40
- 49
“Araz-Naxçıvan”ın baş məşqçisi Elmar Baxşıyev Bakıda Kipr təmsilçisinə dörd cavabsız qolla uduzduqları UEFA Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin ilk oyunundan sonra fikirlərini bölüşüb.
Rekord.az xəbər verir ki, o, matçdan sonra baş tutmuş mətbuat konfransında bunları söyləyib:
"Ağır matç alındı. Qarşımızdakı rəqibin təcrübəli olduğunu bilirdik. Zəif oynadıq. Qəbul etmək lazımdır. Komanda olaraq düzgün yanaşıb, davam etməliyik".
Baxşıyev ilk gündən bu komandanı daha çox hücumda görmək istədiyini vurğulayıb:
"Bu oyuna hazırlıq da sırf ancaq hücum edəcəyik deyildi. Komandanı iki fazada hazırlamışdıq. Amma alınmadı. Bəzən onu da qəbul etmək lazımdır ki, istəyirsən, amma alındıra bilmirsən. Bu elə oyunlardan biri idi ki, nə dəyişiklik etsək də, birinci hissə ikinci yarıdan seçilmədi. Komanda olaraq uduzmuşuq. Bunu qəbul etmək lazımdır".
Mütəxəssis rəqibdən qorxmadıqlarını sözlərinə əlavə edib:
"Bilirdik ki, qarşımızdakı rəqib təcrübəlidir. Bəzən hazırlaşırsan, amma başqa sürprizlər olur. Komanda olaraq ardıcıl qollar buraxandan sonra oyuna qayıtmaqda çətinlik çəkdik. Bu da futbolçularımın zəif çıxışıdırmı? Xeyr. Sadəcə bəzən istəyirsən, o da alınmır. Normal qəbul etmək lazımdır".
Tərəflər arasında cavab görüşü avqustun 14-də Nikosiyada baş tutacaq.