“Qəbələ”nin baş meneceri Nail Kərimov Omar Haninin komandadan ayrılacağı barədə yayılan xəbərlərə aydınlıq gətirib.

Rekord.az xəbər verir ki, bu barədə sportlife.az-a açıqlama verən klub rəsmisi iordaniyalı yarımmüdafiəçinin komandada qalıb-qalmamasına maliyyə şərtləri barədə aparılacaq danışıqlardan sonra qərar veriləcəyini bildirib:

“Bizim Omarla sözləşməni daha 1 il də uzatmaq seçimimiz var. Məşqçilər korpusu da Omardan razıdırlar və onu komandada saxlamaq istəyirik. Ancaq müəyyən maliyyə şərtləri müzakirə olunmalıdır. Əgər razılıq əldə edə bilsək, onun bizdə qalma ehtimalı yüksəkdir. Agenti ilə də danışırıq. Omarın klubda qalması da, ayrılması da mümkündür. Hal-hazırda razılığın əldə olunması yolunda işləri davam etdiririk”.