"Bavariya"nın hücumçusu Robert Levandovski "Barselona"ya mümkün transferinə baxmayaraq, Münhen klubunun düşərgəsinə gedib.

Rekord.az "Sport1"a istinadən xəbər verir ki, polşalı oyunçu internetdə çoxsaylı ölüm təhdidləri  aldığı üçün Münhenə həyat yoldaşı və uşaqları olmadan tək gedib.

Bildirilib ki, 33 yaşlı oyunçu "Barselona"ya keçidinin tezliklə başa çatmasını səbirsizliklə gözləyir.