Kişi voleybolçular arasında Azərbaycan çempionatında növbəti oyun keçirilib. "Rekord.az" xəbər verir ki, “Murov Az Terminal”ın idman zalında baş tutan görüşdə MOİK və “Xarı Bülbül Şuşa” komandaları üz-üzə gəlib.

Oyun Şuşa təmsilçisinin qələbəsi ilə başa çatıb. Gərgin keçən ilk hissədə 27:25 hesabı ilə MOİK komandası qalib gəlsə də, sonraki üç hissə “Xarı Bülbül Şuşa”nın üstünlüyü ilə yekunlaşıb. Beləliklə, bugünkü qələbədən sonra xallarının sayını 6-ya çatdıran Şuşa təmsilçisi turnir cədvəlində ikinci pilləyə yüksəlib.

Qeyd edək ki, turnir cədvəlinə 8 xalla “AZERRAIL” başçılıq edir. “Xarı Bülbül Şuşa” 6 xalla ikinci, “Murov Az Terminal” 5 xalla üçüncü, hərəyə 4 xal toplamış “Neftçi” və “Xarı Bülbül Laçın” klubları dördüncü və beşinci yerləri bölüşürlər. Sonuncu pillədə olan MOİK-in isə xalı yoxdur.

Yüksək Liqa

   MOİK - “Xarı Bülbül Şuşa” 1:3 (27:25, 22:25, 22:25, 17:25)