Ötən gün Oğuz Olimpiya İdman Kompleksində cüdo idman növü üzrə açıq Oğuz birinciliyi keçirilib.

Rekord.az xəbər verir ki, tədbir himnimizin səsləndirilməsi ilə başlayıb.

Daha sonra şəhidlərimizin xatirəsi bir dəqiqəlik sukutla yad edilib.

100-dən artıq idmançının qatıldığı birincilikdə respublikanın müxtəlif şəhər və rayonlarının komandaları iştirak edib.