
Oduvaya verilən vərəqə Abbasovu özündən çıxardı: "Eyni şeyi "Qarabağ" eləmirdi?" FOTO
- 14 Avq 2022 15:00
- 569
Dünən keçirilən "Səbail" - "Turan Tovuz" matçında baş verən bir epizod diqqətimizdən qaçmadı.
Rekord.az xəbər verir ki, ikinci hissənin əvvəllində Tovuz təmsilçisi kəskin əks-hücumla hesabı açdı.
48-ci dəqiqədə fərqlənən Natan Oduva qolu tovuzlu azarkeşlərlə birlikdə qeyd etdi ki, görüşün baş hakimi Rauf Allahverdiyev də buna görə ona sarı vərəqə göstərdi. Hakimin bu qərarı isə "Turan Tovuz"un baş məşqçisi Ayxan Abbasovu özündən çıxardı. Belə ki, etirazını 4-cü hakim Kamal Umudluya bildirən Abbasov israrla hakimin qərarının yalnış olduğunu izah etməyə çalışırdı. O, hətta "Qarabağ"dan və Avropanın nəhəng klublarından da misallar gətirdi: "Orada "sarı"lıq nə var? Eyni şeyi "Qarabağ" da eləmirdi? Avropada eyni şeyi eləmirlər? Buna görə sarı vərəqə göstərirlər?"