"Nyukasl" – "Qarabağ" matçı azarkeş sayına görə dördüncü oldu
- 17:41
- 31
İngiltərədə "Nyukasl" və "Qarabağ" komandaları arasında keçirilmiş UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavabı oyunu azarkeş sayına görə dördüncü pillədə qərarlaşıb.
Rekord.az xəbər verir ki, sözügedən matçı tribunalardan 50 068 tamaşaçı izləyib.
Cavab qarşılaşmaları arasında ən çox fanat "Real" (İspaniya) - "Benfika" (Portuqaliya) duelində (2:1) qeydə alınıb. Bu görüşdə 76 745 tərəfdar olub.
"İnter" (İtaliya) - "Bodo Qlimt" (Norveç) oyunu (1:2) 70 441 azarkeşlə ikinci, "Atletiko" (İspaniya) - "Brügge" matçı 66 756 tərəfdarla üçüncü yeri tutub.
"Qarabağ" səfərdəki görüşdə rəqibinə 2:3 hesabı ilə uduzub.