
Nurlan və Sadiq Nepalda debüt etdi FOTO
- 05 Noy 2021 11:22
- 429
Nurlan Novruzov və Sadiq Quliyevin karyeralarını Nepalda davam etdirəcəklərini xəbər vermişdik.
Rekord.az xəbər verir ki, "Maçindir"a ilə bir illik anlaşan hər iki futbolçu artıq yeni komandalarına qoşulub.
Hətta onlar toplanış çərçivəsində Nepal klubunun heyətində debüt oyunun keçirməyə də imkan tapıblar.
Belə ki, "Maçindir"in toplanış çərçivəsində baş tutan yoxlama oyununda hər iki həmyerlimiz start heyətində meydana çıxıblar. Qarşılaşma qolsuz bərabərliklə başa çatıb.
Nurlan və Sadiqin komandası növbəti yoxlama matçını ayın 8-i keçirəcək.
Nepal çempionatı isə 15 noyabar start götürəcək.