“Sərhədçi” İdman Mərkəzində basketbol üzrə Azərbaycan Kubokunun "B" qrupunda növbəti iki oyun keçirilib.

Rekord.az xəbər verir ki, günün ilk oyunu "Sabah" və "Şəki" komandaları arasında baş tutub.

Bu oyun "Sabah"ın 103:82 hesablı rahat qələbəsi ilə yekunlaşıb.

Günün ikinci oyununda kuboka yaxşı start vermiş iki klub, “NTD-İndiqo" və "Sərhədçi" üz-üzə gəlib. Oyunu 104:70 hesabı ilə qalib tamamlayan Xaçmaz təmsilçisi "B" qrupunda liderliyə yüksəlib.