“NTD-İndiqo” amerikalı basketbolçu transfer edib.

Rekord.az xəbər verir ki, mərkəz hücumçusu Qalen Smit Xaçmaz təmsilçisi ilə müqavilə bağlayıb.

25 yaşlı oyunçu mövsümün sonuna kimi Azərbaycan Basketbol Liqasında çıxış edəcək. Onun son komandası Gürcüstanın “Kavkasia” klubu olub.

Əvəzində ilk dövrəni “NTD-İndiqo”da keçirən Brendon Votkins komandanı tərk edib.

Qeyd edək ki, 9 turda 17 xal toplayan “NTD-İndiqo” “Sabah”la ilk iki yeri bölüşdürür.