"Sumqayıt" basketbolçuları NTD ilə matçda möhtəşəm çıxış ediblər.


Rekord.az xəbər verir ki, bunu "Sumqayıt" komandasının baş məşqçisi Vadim Kuramşın NTD-yə qarşı Azərbaycan Kubokunun 1/8 final mərhələsinin oyunundan sonra deyib.


Mütəxəssis qalib gəldikləri görüş barədə klubun mətbuat xidmətinə danışıb:


"Oyunçularımı qələbə münasibətilə təbrik edirəm. Onlar bu gün möhtəşəm çıxış etdilər. Nəzərə alaq ki, biz kubokun son qalibini mübarizədən kənarlaşdırdıq. Bu gün oyun qurucumuz Keon Klerqot 50 xal toplayaraq klub tarixinin ən yaxşı nəticəsini əldə etdi. Ümid edirəm ki, növbəti matçlarda da bu tempi qoruyacağıq. 1/4 finalda "Ordu" ilə qarşılaşacağıq. Biz bu komandanı tanıyırıq, onların zəif və üstün cəhətlərini bilirik. Bu matça hazırlaşacağıq".


“Sumqayıt" NTD-yə 116:94 hesabı ilə qalib gələrək Azərbaycan kubokunda 1/4 finala yüksəlib.