"Red Bull"un pilotu Maks Ferstappen cari mövsümdəki çıxışı haqda açıqlama verib.

Rekord.az xəbər verir ki, Ferstappen öz açıqlamasında öz çıxışından razı olduğunu bildirib.

"Mövsümün birinci hissəsini çətin olacağını düşünsək də biz iki qələbə qazanmağı bacardıq. Mövsümün ikinci hissəsi isə bizim üçün yaxşı keçməməsinə baxmayaraq, ümumən çıxışımızdan razıyam. Növbəti mövsümdə daha güclü olacağımızı düşünürəm" - deyib Ferstappen.

Qeyd edək ki, Maks Ferstappen cari mövsüm ərzində iki Qran-prinin qalibi olmağı bacarıb. O, ümumi turnir cədvəlində 4-cü pillədə qərarlaşıb.