Norveç Braziliyanı DÇ-dən kənarlaşdırdı
- 03:00
- 34
Futbol üzrə dünya çempionatında Norveç Braziliyanı məğlub edib.
Rekord.az xəbər verir ki, Nyu-York/Nyu-Cersi stadionunda keçirilən 1/8 final mərhələsinin matçında avropalılar 2:1 hesablı qələbəyə seviniblər.
Norveçin heyətində Erlinq Haland (79, 90) dubl edib. "Sambaçılar"ın təsəlli qoluna isə 90+10-cu dəqiqədə penaltidən Neymar imza atıb.
Bu qələbə ilə 1/4 finala yüksələn Norveçin rəqibi Meksika - İngiltərə cütünün qalibi olacaq.