Bu yay ''Bavariya''dan ayrılaraq əzəli rəqib Dortmund ''Borussiya''sına keçən Niklas Zyule Almaniya mətbuatına son açıqlamasında maraqlı ifadələr işlədib.

Rekord.az xəbər verir ki, ''arılar''ın baş məşqçisi Edin Terziç, eləcə də gənc komanda yoldaşı Cud Bellingem haqda danışan 27 yaşlı Zyule bunları deyib:
 

''Terziçin sayəsində tamamilə yeni şeylər öyrənirəm. Karyeramboyu Terziç qədər özünü kluba həsr edən başqa məşqçi görməmişəm. Sanki ''Borussiya'' ilə yatıb ''Borussiya'' ilə oyanır. Həyatı yalnız ''Borussiya''dan ibarətdi. Bellingemə gəlincə, yaşına görə inanılmaz təcrübəlidi. Daha öncə 19 yaşlı bir futbolçunun bu səviyyədə oynadığını görməmişdim. Sanki 3 uşaq atası qədər təcrübəlidi. Bu baxımdan hamıdan öndədi''.