
Neymar səfir oldu
- 16 İyl 2022 16:00
- 423
PSJ-nin hücumçusu Neymar populyar PUBG oyununun səfiri olub.
Rekord.az xəbər verir ki, bu barədə oyun tərtibatçısı “Krafton” şirkəti məlumat verib.
“PUBG-nin bir hissəsi olmaq heyrətamizdir. Mən bu yeni layihənin bir hissəsi olmaqdan çox qürur duyuram və yeni oyunu oynamaq üçün səbirsizlənirəm. Ümid edirəm ki, hər kəs bundan həzz alacaq”, - deyə Neymar bildirib.
Qeyd edək ki, Neymar ilk dəfə 2017-ci ildə PUBG oynayıb.