“Mançester Yunayted”ın sabiq futbolçusu, hazırda ekspert kimi fəaliyyət göstərən Qari Nevill Hari Keynlə bağlı danışıb.

Rekord.az xəbər verir ki, Harri hücumçunun “Tottenhem”də qalacağına inanmır.

O, “Mirror” nəşrinə açıqlamasında fikrini belə əsaslandırıb:

“Hesab edirəm ki, Keynlə bağlı hər şey aydındır. Situasiyanı analiz etdikdə aydın olur ki, o, artıq gedib.

İngiltərə yığmasının digər futbolçuları bu qarşılaşmada iştirak etdilər. Keyn də oyunda iştirak edə, ehtiyat skamyada əyləşə bilərdi.

Amma o, heç stadiona da gəlmədi. Yayım zamanı xeyli kameradan istifadə edirik.

Əminəm ki, operatorlar onu axtarıblar, amma tapa bilməyiblər. Bu, sürprizdir”.

“Tottenhem” Premyer Liqanın ilk turunda “Mançester Siti”yə qalib gəlib – 1:0.