“Nəticəyə görə məyusam” - Kukseviç
- 22:00
- 30
Bu gün yoldaşlıq oyunu çərçivəsində Danimarka yığması ilə qarşılaşan futzal üzrə Azərbaycan millisinin baş məşqçisi Yevgeni Kukseviç fikirlərini bölüşüb.
Rekord.az xəbər verir ki, o, 1:4 hesablı məğlubiyyəti belə şərh edib:
“Nəticəyə görə məyusam. Ancaq çoxsaylı qol epizodları yaratdıq. Rəqib standart vəziyyətdən “ev tapşırığı” yerinə yetirdi və qollar vurdu. Gedişatı dəyişmək üçün imkanlarımız oldu, təəssüf ki, istifadə edə bilmədik. Ya ustalıq çatmadı, ya da epizodlar zamanı soyuqqanlı ola bilmədik, ötürmələri vaxtında etmədik. Sona yaxın isə fiziki cəhətdən gücümüz çatmadı, ayaqlar sanki doldu.
Nəticə çıxarmaq və səhvlər üzərində işləmək baxımından bizim üçün vacib oyun oldu”.