
“Nəticədən razı qaldım” – Berq
- 07 Avq 2025 23:01
- 36
Kiprin "Omoniya" komandasının baş məşqçisi Henninq Berq "Araz-Naxçıvan"a 4 cavabsız qolla qalib gəldikləri UEFA Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin ilk oyunundan sonra fikirlərini bölüşüb.
Rekord.az xəbər verir ki, o, mətbuat konfransında 4 qol vurduqları üçün sevindiklərini söyləyib:
"Qapımızda top görmədik. Evdə növbəti matça çıxmalı və işimizi tamamlamalıyıq. Nəticədən razı qaldım".
O, ot örtüyünün keyfiyyətinin yaxşı olmadığını söyləyib:
"Burada oynamaq çətin idi. Lakin yaxşı qollar vurduq. Oyunçuların çıxışından razı qaldım".
Henninq Berq daha əvvəl avrokuboklarda "Qarabağ"la da qarşılaşdıqlarını xatırladıb:
"Qarabağ" həmin vaxt daha təcrübəli kollektiv idi. "Arax-Naxçıvan" isə yeni qurulan komandadır. Bugünkü rəqibimiz əvvəlki mərhələdə çox yaxşı çıxış etmişdi. Biz bu nəticəni də asanlıqla əldə etmədik".
Tərəflər arasında cavab görüşü avqustun 14-də Nikosiyada baş tutacaq.