Məlum olduğu kimi, növbəti mövsümdən premyer-liqada çıxış edəcək “Turan Tovuz”un yeni baş məşqçisinin adına dünən aydınlıq gəldi.

Rekord.az xəbər verir ki, komandanı Ayxan Abbasov çalışdıracaq.

 

Abbasov isə deyəsən Tovuza gedər-getməz sabiq klubu "Sumqayıt"dan bəzi futbolçuları da ora aparmağa qərar verib.  Belə ki, "Futbol plus"un yaydığı məlumata görə, Tovuz təmsilçisi "Sumqayıt"dan Aydın Bayramovu heyətinə qatır.

Müqavilənin detalları hələ bəlli deyil. Keçidin növbəti günlərdə rəsmiyyət qazanacağı gözlənilir.