“Neftçi"nin Polşadakı təlim-məşq toplanışı çərçivəsində bu gün keçirməli olduğu yoxlama görüşü ləğv olunub.


Rekord.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.


"Ağ-qaralar" Yunanıstanın “Asteras”(Tripoli) klubu ilə qarşılaşmalı idilər. Lakin güclü leysan səbəbindən matç baş tutmayıb.


Keltse şəhərindəki Pilkarski stadionunda keçirilməli olan oyun Bakı vaxtı ilə saat 19:00-da başlamalı idi.


Samir Abasovun komandası Polşadakı təlim-məşq toplanışında "Hapoel Təl-Əviv" (1:1) və "Bruk-Bet Termalika" (Polşa) (2:2) ilə qarşılaşmışdı. Komanda son yoxlama görüşünü isə avqustun 1-də AEL-ə (Kipr) qarşı keçirəcək.