“Neftçi” klubunun Polşadakı təlim-məşq toplanışı çərçivəsində “Asteras”la (Yunanıstan) yoxlama matçının vaxtı dəqiqləşib.


Rekord.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, qarşılaşma iyulun 27-də Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.


Matç Keltse şəhərindəki Pilkarski stadionunda təşkil olunacaq. Tərəflərin istəyinə əsasən, oyun canlı yayımlanmayacaq.


Qeyd edək ki, İsrailin "Hapoel" (Təl-Əviv) (1:1) və Poşanın “Termalika" (2:2) komandaları ilə heç-heçə edən “Neftçi” sonuncu sınaq matçını avqustun 1-də AEL (Kipr) klubuna qarşı keçirəcək.