
"Neftçi"nin yeni mövsüm formaları satışda
- 17 İyl 2025 16:51
- 55
"Neftçi"nin yeni mövsüm formaları satışa çıxarılıb. “Kappa” tərəfindən “Neftçi” üçün eksklüziv hazırlanmış hər üç oyun formasını həm klubun “Neftçi Arena”da yerləşən rəsmi mağazasından (saat 11:00-dan 20:00-dək), həm də onlayn olaraq (http://store.neftchi.az) əldə etmək mümkündür. İyulun 18-dən isə formalar “Volt” və “Umiko” onlayn satış platformalarında da olacaq. Həm məşq geyimləri, həm də uşaqlar üçün nəzərdə tutulmuş formaların isə gələn həftədən etibarən satışa çıxarılması planlaşdırılır.