Dünən keçirilən "Sumqayıt" - "Neftçi" matçından sonra "Sumqayıt"ın baş məşqçisi Filipe Kandidonun mətbuat konfransında maraqlı hadisə yaşanıb.

Rekord.az xəbər verir ki, "Sumqayıt"ın baş məşqçisinin dediklərini jurnalistlər üçün "Neftçi"nin tərcüməçisi Vüqar Əliyev tərcümə edib.

Maraqlıdır ki, Kandido özü İngilis dilində normal danışa bilir və "Sumqayıt"da da bu dili bilən şəxslər var. Sadəcə, Sumqayıt təmsilçisi baş məşqçinin öz fikirlərini daha rahat çatdırması üçün bu dili bilən şəxsə ehtiyac duyub. Buna görə də "Neftçi"nin tərcüməçisindən  bunu xahiş ediblər.