"Neftçi" klubunun sabiq prezidenti Orxan Hüseynzadə yeni təyinat alıb.

Rekord.az xəbər verir ki, o, Avstriyada "Austriya" (Vyana) və İspaniya "Vilyarreal"ı arasında keçiriləcək Konfrans Liqasının qrup mərhələsinin 4-cü tur oyununda UEFA nümayəndəsi olacaq.

Oktyabrın 13-də keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 20:45-də başlayacaq.

Orxan Hüseynzadə 2017-2018-ci illərdə paytaxt təmsilçisinin prezidenti olub.