
“Neftçi”nin rəqibi isveçli futbolçu transfer etdi
- 21 İyl 2022 18:30
- 423
Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsində "Neftçi"nin rəqibi olan Kipr "Aris"i heyətini yeni futbolçu ilə gücləndirib.
Rekord.az xəbər verir ki, Limassol təmsilçisi isveçli yarımmüdafiəçi Leo Benqtssonu transfer edib.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 24 yaşlı vingerlə 3 illik müqavilə imzalanıb.
"Aris"lə "Neftçi" arasındakı ilk oyun bu gün Larnakada keçiriləcək. "AEK Arena"da baş tutacaq matça Bakı vaxtı ilə saat 21:30-da start veriləcək.