“Neftçi”nin qapıçısı “Qəbələ”də
- 16:20
- 27
“Neftçi” futbolçusu Rza Cəfərov ilə müqavilənin müddəti 2027/28-ci illər mövsümünün sonunadək artırılıb.
Rekord.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Ardınca 22 yaşlı qapıçı hər hansı bir satınalma şərti olmadan bu mövsümün sonunadək “Qəbələ” klubuna icarəyə verilib.
Qeyd edək ki, 2022/23-cü illər mövsümündən “Neftçi”nin əsas komandasının şərəfini qoruyan gənc qolkiper bu müddət ərzində 63 rəsmi oyuna çıxıb.