
"Neftçi"nin prezidentindən Dzyuba açıqlaması
- 18 İyl 2022 20:00
- 654
“Neftçi” klubunun prezidenti Kamran Quliyev rusiyalı hücumçu Artyom Dzyuba ilə danışıqlar apardıqlarına dair yayılan xəbərlərə münasibət bildirib.
Rekord.az xəbər verir ki, o, Rusiyanın “Sport-ekspress” qəzetinə açıqlamasında məlumatı təkzib edib: “Dzyuba böyük futbolçudur. Amma onun səfərinin “Neftçi”yə bir bağlılığı yoxdur. Ola bilər ki, istirahətə gəlib”.
Qeyd edək ki, daha öncə “Sport-ekpress” qəzeti Dzyubanın Bakıya səfər etdiyini yazıb. Onun "Neftçi" və ya "Qarabağ"la danışıqlar apara biləcəyi iddia olunub.