
“Neftçi”nin Polşada ilk sınağı
- 14:15
- 42
Növbəti mövsümün hazırlığını Polşada davam etdirəm “Neftçi” bu gün ilk yoxlama oyununa çıxacaq.
Rekord.az xəbər verir ki, Samir Abasovun rəhbərlik etdiyi komanda İsrail təmsilçisi “Hapoel” (Təl-Əviv) ilə münasibətləri aydınlaşdıracaq.
Qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.
Qeyd edək ki, “Neftçi” daha sonra Polşanın “Termalika” (22 iyul), Yunanıstanın “Asteras” (27 iyul) və Kiprin AEL (1 avqust) komandaları ilə gücünü sınayacaq.