"Neftçi" Yusuf Lavalla bağlı ciddi narahatlıq keçirir.

Rekord.az xəbər verir ki, "ağ qaralar" mövsümün sonunda müqaviləsi başa çatacaq futbolçuya yeni müqavilə təklif edib.

Lakin Laval hələlik bu təklifə müsbət cavab verməyib. "Neftçi" rəhbərliyinin qorxusu Lavalı itirməklə bağlı deyil. Qorxu futbolçunun qazancsız itirilməsindən gedir. Belə ki, Lavala hazırda Avropanın bir neçə klubundan təkliflər var. Futbolçu indi gedəsi olsa, "Neftçi" onun satışından pul qazana bilər. Yox, əgər qalıb yayda getmək istəsə, o zaman azad agent kimi gedəcək və "Neftçi" heç nə qazana bilməyəcək. "Neftçi" rəhbərliyinin də əsas narahatlığı bununla bağlıdır.