
“Neftçi”nin hücumçusu sıradan çıxdı
- 14 Avq 2022 21:15
- 484
Azərbaycan Premyer Liqasının 2-ci turu çərçivəsində keçirilən “Neftçi" - "Kəpəz" oyununda meydan sahibləri ciddi itki ilə üzləşiblər.
Rekord.az xəbər verir ki, paytaxt klubunun qanalı hücumçu Qodsvey Donyo 24-cü dəqiqədə zədələnib.
Əzələsi dartılan qanalı futbolçu oyunu davam etdirə bilməyib. Bu üzdən də onun əvəzində meydana 29-cu dəqiqədə Rəhman Hacıyev buraxılıb.
Donyo hazırda 3:0 hesabıyla qalib gəldikləri "Kəpəz"lə matçda komandasının 2-ci qolunu vurub.