
“Neftçi”nin hücumçusu Belarus millisinə dəvət aldı
- 06 Sen 2022 20:31
- 419
“Neftçi” PFK-nın hücumçusu Yeqor Boqomolski Belarus milli komandasına dəvət olunub.
Rekord.az xəbər verir ki, 22 yaşlı futbolçu UEFA Millətlər Liqası çərçivəsində sentyabrın 22-də Qazaxıstan, 25-də Slovakiya ilə matçlara çağırılıb.
Qeyd edək ki, Boqomolski Belarus milli komandasının heyətində 2 oyun keçirib.