“Neftçi” PFK futbolçu Asim Əlizadəni icarəyə verib. Rekord.az xəbər verir ki, anlaşmaya əsasən, “Neftçi”nin yetirməsi olan 22 yaşlı yarımmüdafiəçi mövsümün sonuna, yəni noyabrın 20-dək Latviyanın “Dauqavpils” klubunda çıxış edəcək.