“Qarabağ”ın yarımmüdafiəçisi Filip Ozobiç klubdan ayrılmaq üzrədir və ona yeni müqavilə hələ də təklif olunmayıb.

“Rekord.az” xəbər verir ki, ağdamlılar Azərbaycan yığmasının xorvat əsilli futbolçusunun xidmətlərində maraqlı deyil.

Mütəmadi zədələr alan və əvvəlki performansından uzaq olan Ozobiçin yayda bitəcək anlaşmasının yenilənmə ehtimalı aşağıdır. 

Futbolçu artıq yeni klub axtarışına çıxıb və ilk real təklifini alıb. Çempionatın güclü komandalarından olan “Neftçi” Ozobiçi heyətinə qatmaq istəyir. Azərbaycanda özünü yaxşı hiss edən Filip də bu varianta isti baxır. Ona təklif olunan rəqəm və şərtlər də qaneedicidi.

“Rekord.az”-a daxil olan məlumata görə, “Neftçi” 32 yaşlı yarımmüdafiəçiyə 2 illik müqavilə və toplam 1 milyon manat civarında pul təklif edir. Bu sadəcə maaşdı, mükafatlar və digər bonuslar məbləğə daxil deyil.