“Neftçi” PFK yarımmüdafiəçi Fəhmin Muradbəyli ilə müqaviləyə birtərəfli şəkildə xitam verib.

Rekord.az xəbər verir ki, futbolçuya təşəkkür edilub, gələcək karyerasında uğurlar arzulanıb.

“Neftçi”nin yetirməsi olan Muradbəyli 2013-2018, 2020-2021-ci illər ərzində ağ-qara formada 94 oyunda meydana çıxıb, 8 qol vurub. O, ötən mövsümün ikinci yarısını icarə əsasında “Şamaxı”da keçirib.