“Neftçi”də iki ayrılıq, bir yeni oyunçu
- 16 Yan 2026 22:30
- 38
"Neftçi" basketbol komandası heyətini yeni oyunçu ilə gücləndirib.
Rekord.az xəbər verir ki, amerikalı basketbolçu Ayzeya Cerald Braun ilə mövsümün sonunadək müqavilə imzalanıb.
29 yaşlı oyunçu 187 sm boya malikdir.
Bundan başqa, "ağ-qaralar" serbiyalı Sinik Marko və xorvatiyalı Toni Perkoviçin sözləşmələrinə qarşılıqlı razılaşma əsasında xitam verib.