“Neftçi”, “Zirə” və “Sumqayıt” 800 manat cərimələndi
- 03 Mar 2020 16:40
- 645
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
Rekord.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Premyer Liqanın 19-cu turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:
“Neftçi” – “Səbail” oyununda “Neftçi”nin 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunub.
“Zirə” – “Qəbələ” oyununda “Zirə”nin 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunub.
“Sumqayıt” – “Keşlə” oyununda “Sumqayıt”ın 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunub.