“Neftçi” Avropa Konfrans Liqasının 3-cü təsnifat mərhələsində Avstriyanın “Rapid” (Vyana) klubu ilə oyunlar üçün iştirak ərizəsini UEFA-ya təqdim edib.

Rekord.az UEFA-nın saytına istinadən xəbər verir ki, siyahıda 25 futbolçu yer alıb.

Türkiyənin “Başakşəhər” klubundan icarəyə götürülən Mert Çelikin adı da sifariş ərizəsinə daxil edilib:

Qapıçılar: 1. İvan Brkiç, 30. Aqil Məmmədov, 93. Rza Cəfərov;

Müdafiəçilər: 2. Mert Çelik, 3. Mamadu Mbodj, 4. Solomon Kvirkveliya, 6. Voyislav Stankoviç, 19. Azər Salahlı, 26. Ömər Buludov, 82. Rüfət Abbasov;

Yarımmüdafiəçilər: 5. Kenni Sayef, 7. Azər Əliyev, 8. Emin Mahmudov, 10. Sezar Meza Kolli, 14. Eddi İsrafilov, 16. Gilyerme Pato, 17. Rəhman Hacıyev, 20. Vüsal Əsgərov, 21. İsmayıl Zülfüqarlı, 23. Ataa Caber, 24. Yusuf Laval, 27. Fərid Yusifli, 73. Ramin Nəsirli;

Hücumçular: 11. Qodsvey Donyo, 77. Yeqor Boqomolski.

Avqustun 4-də “Bakcell Arena”da keçiriləcək “Neftçi” – “Rapid” matçına saat 21:00-da start veriləcək. Cavab qarşılaşması isə avqustun 11-də Budapeştdə keçiriləcək.