Bilindiyi kimi, “Neftçi” bir neçə ildir veteran futbolçularına təqaüd verirdi.

Rekord.az xəbər verir ki, bu təqaüdün məbləği 85 manatdır. İndiki sosial iqtisadi durumda bu, böyük rəqəm olmasa da, ən azından yaşlı futbol adamlarının dərman xərclərinin bir hissəni qarşılayırdı.

Ancaq deyəsən, “Neftçi” rəhbərliyi bu məbləği də veteranlara çox görüb. Belə ki, “Neftçi” rəhbərliyi iyul ayından veteranlara verilən təqaüdü kəsib. Bunu maliyyə çatışmazlığı ilə əlaqələndiriblər. (sportinfo.az)