
“Neftçi” UEFA Çempionlar Liqasında ilk oyununu keçirəcək
- 30 İyl 2025 14:00
- 51
"Neftçi"nin qadınlardan ibarət komandası bu gün UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsinin 4-cü qrupunda ilk oyununu keçirəcək.
Rekord.az xəbər verir ki, Siyasət Əsgərovun baş məşqçisi olduğu kollektiv Türkiyənin "Fomget" klubu ilə üz-üzə gələcək.
Qarşılaşma Albaniyanın paytaxtı Tiranada keçiriləcək. Bakı vaxtı ilə saat 20:00-da start götürəcək matçı isveçli Hanna Layanen idarə edəcək.
UEFA Çempionlar Liqası
1-ci təsnifat mərhələsi, 4-cü qrup
20:00. "Fomget" (Türkiyə) - "Neftçi"
Baş hakim: Hanna Layanen (İsveç).
Tirana. "House of Football Natural Pitch" stadionu
Qeyd edək ki, UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsi yarımfinal və final matçlarından ibarət olacaq. "Neftçi" qələbə qazanacağı təqdirdə, finalda İsrail təmsilçisi "Kiryat"la üz-üzə gələcək. Bu görüşdə üstün olacaq tərəf 2-ci təsnifat mərhələsinə adlayacaq.