Karyerasını Rusiyada davam etdirən azərbaycanlı futbolçu Elvin Talıbov Vətənə qayıda bilər.

Rekord.az xəbər verir ki, 22 yaşlı yarımmüdafiəçi “Neftçi”nin maraq dairəsindədir.

“Qarabağ”ın U-19 və əvəzedici komandasında üç il çıxış etdikdən sonra ötən ilin yayında Rusiyanın aşağı liqa klubu “Maşuk”a keçən Talıbovu bakılılar ilk olaraq əvəzedici heyətə cəlb etməyi planlaşdırır.

Azərbaycanın U-19 yığmasının sabiq üzvünün “Maşuk”la müqavilə müddəti mövsümün sonuna qədərdir. Elvin “Neftçi”nin şərtləri ilə razılaşsa, bu kluba azad agent kimi gələcək.

“Rostov”un yetirməsi olan Elvin Talıbov 2018-ci ildə “Qarabağ”a keçib (apasport.az).