
“Neftçi” rəhbərliyi qərarı Mirabdullaya buraxıb
- 05 Apr 2022 13:00
- 738
Samir Abasov "Zirə" ilə oyundan sonra açıqlama verdi ki, Mirabdulla Abbasovun xidmətində maraqlı deyil.
Rekord.az xəbər verir ki, "Neftçi" rəhbərliyi də məsələ ilə bağlı futbolçu ilə görüşüb baş məşqçinin fikirlərini futbolçuya çatdırıb.
Ona bildirilib ki, mövsümün sonunda özünə yeni klub tapsın. Belə olan halda, klub onu problesiz buraxacaq. Azad agent statusu verməyə də hazırdı, hansısa kluba icarəyə verməyə də. Əgər bu təklifi qəbul etməyib "Neftçi"də qalmağa israr etsə, o zaman əvəzedici komandada oynayacaq. Yekun qərar futbolçunun ixtiyarına buraxılıb.
Qeyd edək ki, Mirabdulla "Neftçi"də kifayət qədər yüksək maaş aldığı üçün müqaviləsinin sonuna kimi burada qalmaqda israrlıdır.