Samir Abasovun gəlişi "Neftçi" üçün düşərli oldu. Komanda onun rəhbərliyi altında keçirdiyi debüt matçında səfərdə "Qəbələ"ni 4:1 hesabı ilə məğlub etdi.

Rekord.az-a daxil olan məlumata görə, rəhbərlik bu qələbədən hədsiz məmun olub və futbolçulara pul mükafatı verib.

Məbləği tam dəqiqləşdirə bilməsək də hamını razı salacaq məbləğ olub. Eyni zamanda bildirilib ki, qələbələr davam edəcəyi təqdirdə mükafatlar da davam edəcək. Komanda çempion olarsa, bunun üçün xüsusi pul mükafatı nəzətrdə tutulub.