
“Neftçi” “Qarabağ”a uduzdu, “Kəpəz” Gəncədə sevindi
- 09 Mar 2022 19:00
- 592
Futbol üzrə Azərbaycan birinci divizionunda 17-ci tura yekun vurulub.
Rekord.az xəbər verir ki, sonuncu oyun günündə üç qarşılaşma baş tutub.
“Kəpəz” doğma meydanda “Sumqayıt”ın ikinci komandasından üstün olub. “Neftçi”nin əvəzediciləri isə “Qarabağ”ın ikinci komandasına məğlub olub.
Birinci Divizion
17-ci tur
9 mart
Kəpəz – Sumqayıt-2 2:0
Qol: Elçin Əlicanov, 5; 90+6.
Hakimlər: Rəvan Həmzəzadə, Ruslan Quliyev, Səbuhi Soltanov, Namiq Bəkirov
Gəncə şəhər stadionu, 14:30
Neftçi-2 – Qarabağ-2 1:2
Qol: Əli Sadıxov – Nihad Quliyev, 63. Əli Nəcəfli, 73.
Hakimlər: Rövşən Rəcəbov, Elmin Süleymanov, Vüqar Bayramov, Rauf Cabarov
“Neftçi” Futbol Mərkəzi (4-cü meydança), 15:00
Keşlə-2 – Qaradağ Lökbatan 0:1
Qol: Sabir Allahquliyev, 78.
Hakimlər: Kamranbəy Rəhimov, Akif Əmirəli, Zöhrab Abbasov, Fərid Hacıyev
“ASK Arena”, 15:00
Turun digər oyunları:
Zirə-2 – Zaqatala 1:0
Turan Tovuz – Qəbələ-2 0:3
Səbail-2 – Sabah-2 2:3