Polşanın Keltse şəhərində təlim-məşq toplanışında olan “Neftçi”  bu gün növbəti yoxlama matçına çıxacaq.


Rekord.az xəbər verir ki, paytaxt təmsilçisi yerli “Termalitsa” (Nyeçetşa) ilə qarşılaşacaq.


Bakı vaxtı ilə saat 13:30-da (yerli vaxtla 11:30) start götürəcək görüş “Sportovi novini” stadionunda təşkil olunacaq və “Neftçi TV” ilə canlı yayımlanacaq.


Samir Abasovun rəhbərlik etdiyi komanda yerli daha öncə İsrail təmsilçisi “Hapoel”lə (Təl-Əviv) yoxlama oyunu keçirib – 1:1.