
“Neftçi” legioneri ilə vidalaşdı
- 25 İyl 2025 17:00
- 46
“Neftçi” PFK Alfa Konte ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verib.
Rekord.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Syerra Leonedən olan futbolçuya gələcək karyerasında uğurlar arzulanıb.
Qeyd edək ki, 2024-cü ilin yanvarında transfer olunmuş Konte “Neftçi”nin heyətində 25 rəsmi oyun keçirib.