“Şamaxı”nın baş məşqçisi Ayxan Abbasov “Neftçi” ilə oyunda bir xala layiq olduqlarını düşünür.


Rekord.az xəbər verir ki, o, bu barədə mətbuat konfransında bildirib. Abbasov “ağ-qaralar”la heç-heçə etdikləri Misli Premyer Liqasının 22-ci turunun oyunu ilə bağlı fikirlərini bölüşüb:


“Azarkeşlər üçün maraqlı oyun oldu. “Neftçi” kimi komandadan xal almaq yaxşıdır. Rəqib yaxşı formadadır. Məncə, bir xala layiq idik. Bəzi anlarda biz, bəzi anlarda onlar üstün oldu”.


“Şamaxı” – “Neftçi” matçı 2:2 hesabı ilə yekunlaşıb.