"Neftçi" Aqil Məmmədovun zədələnməsindən sonra qış fasiləsində İvan Brkiçi heyətinə qatdı.

Lakin Rekord.az xəbər verir ki,  27 yaşlı qolkiperin çıxışı heç də baş məşqçi Samir Abasovu razı salmır. Bir sözlə, qapı mövqeyi gənc mütəxəssisi hələ də narahat edir.

Ona görə də bu mövqeyə axtarışlar davam edir. Artıq yeni namizəd də var. Belə ki, menecerlər son çempiona Kosovo millisinin üzvü Betim Halimini təklif ediblər.

25 yaşlı qapıçı hazırda yerli çempionatda çıxış edən "Priştina"nın şərəfini qoruyur.

Haliminin klubu ilə 2024-cü ilə kimi müqaviləsi var. Əgər "ağ-qaralar" qapıçının keçidinə razılıq versə, danışıqlar start götürəcək.

Kosovalı qapıçı karyerası ərzində "Drita", "Hajvalia", "Vllaznia", "Narva Trans" (Estoniya), "Olimpik" (Ukrayna) klublarında da çıxış edib. (sportinfo.az)