Kiprin "Aris" klubunun futbolçusu Karol Struski "Neftçi"yə qarşı keçirəcəkləri Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin oyunlarında iştirak etməyəcək.

Rekord.az xəbər verir ki, bu barədə Limassol təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

21 yaşlı yarımmüdafiəçi Ukrayna "Dnepr"inə 4:2 hesabı ilə qalib gəldikləri yoxlama matçında zədələnib. Kürpücük sümüyü sınan polşalı oyunçu əməliyyat olunub. Struskinin təxminən üç aya yaxın yaşıl meydanlardan kənarda qalacağı gözlənilir.

"Neftçi" "Aris"lə ilk oyununu iyulun 21-də səfərdə, cavab görüşünü isə iyulun 28-də evdə keçirəcək.