“Neftçi” ilə oyundan üç xalla ayrıla bilərdik” – Rəşad Sadıqov
- 21:30
- 32
“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının 17-ci turu çərçivəsində “Neftçi”yə qarşı keçirdikləri oyundan danışıb.
Rekord.az xəbər verir ki, o, 0:0 hesablı heç-heçəni belə şərh edib:
“Neftçi” kimi komanda üçün qələbənin nə qədər vacib olduğunu bilirdik. Buna görə güclü hazırlaşmışdıq. Yaxşı qol epizodlarımız oldu. Buradan üç xalla ayrıla bilərdik. Amma bu gün sərgilədiyimiz oyun xoşuma gəldi.
Bu oyun daha çətin keçdi. “Neftçi” çox pressinq etdi. Su sistemi işləmirdi və meydança sulanmamışdı. Bu da oyunçuların performansına və oyunun gedişatına təsir etdi.
Çox istərdik ki, Rüfət Abdullazadə hazır olsun. Müəyyən problemlərə görə bizimlə olmadı. Bu da onu geri salır. Lakin o formasını yığacaq, komandamıza kömək edən vacib oyunçudur.
Bazarda qıtlıqdır. Futbol dünyada inkşad edir, yeni xəbərlər eşidirik. Bu da çətinlik törədir. Futbol çox irəli gedib, lakin bazarda “məhsul” yetərincə deyil. “Zirə” qələbə qazanmaq üçün gəlmişdi, lakin qarşıdakı rəqibin “Neftçi” olduğunu bilirdik. Çox təcrübəli məşqçi dəvət ediblər. Bizim üçün heç-heçə də pis nəticə deyil”.